Şriftin ölçüsü / 837 dəfə oxunub

"Maşın" şounun canlı yayımı dayandı - Səbəb + VİDEO

13 Iyun 2018 [00:15]
Saat 22:15-də ATV kanalında efirə gedən "Maşın” realiti-şousunun canlı yayımında problem yaşanıb.

Kult.az xəbər verir ki, texniki nasazlıq artıq xeyli müddətdir davam edir. Verilişin aparıcısı Murad Dadaşov instaqram səhifəsində texniki nasazlıqla barədə açıqlama verib:

"Canlı yayımdayıq, texniki məsələlərdən dolayı efirimiz kəsilib. Biz ATV kanalında deyilik, çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında aparılır. Ümidvaram ki, tezliklə canlı efirə qoşula biləcəyik”.

Murad dadaşov daha sonra çəkiliş aparılan kəkandan bəzi görüntülərin də yayılmasına şərait yaradıb.

"M Group Production" da məsələ ilə bağlı açıqlama yayıb:

"Əziz "Maşın" şounun izləyiciləri, MGP ("M Group Production") şirkətindən asılı olmayan və "Azad Azərbaycan" telekanalına bağlı texniki səbəblərə görə bu gün 22:15-də başlayan efirimizdə müəyyən problemlər yaşanıb. Hazırda mütəxəssislər problemi aradan qaldırmağa və şounun yayımını bərpa etməyə çalışırlar. "Maşın"ın final həyəcanı davam edəcək. Bizi izləyin".



SON XƏBƏRLƏR