Şriftin ölçüsü / 253 dəfə oxunub

Makedoniya dövlətinin adı Şimali Makedoniya Respublikasına dəyişdiriləcək - Açıqlama

12 Iyun 2018 [23:11]
Makedoniya dövlətinin adı Şimali Makedoniya Respublikasına dəyişdiriləcək.

"Report" "Jutarnji" nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Zoran Zayev deyib.

"Biz Makedoniyanın mədəni və etnik eyniliyini təsdiqləyəcək tarixi razılaşma əldə etdik", — deyə Zayev bildirib.

Payızda ölkədə adın təsdiqlənməsi məsələsi üzrə referendum keçiriləcək.

Bununla belə "makedoniyalılar" və "Makedon dili" adları olduğu kimi qalacaq.

Bundan əvvəl Yunanıstanın baş naziri Aleksis Sipras bildirib ki, Afina və Skopye Makedoniya Respublikasının yeni adı barədə razılıq əldə edib.

Yunanıstan qonşu dövlətin Makedoniya adını daşımasına etiraz edir. Çünki onun ərazisində də eyniadlı region var.


SON XƏBƏRLƏR