"İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm" - Ərdoğan

img

12-06-2018 [20:05]


"Bu gün bölgəmiz və ölkəmiz üçün tarixi bir addım atırıq. "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik".

Bunu TANAP-ın I hissəsinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O həmçinin bildirib ki, bu layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan, eləcə də şirkətlər arasında mövcud olan möhkəm əlaqələr, etibar sayəsində mümkün olub: "Bu nəhəng layihənin planlaşdırılan tarixdən öncə həyata keçirilməsində əməyi keçənləri təbrik edirəm. Prezident İlham Əliyevə göstərdiyi liderliyə görə təşəkkür edirəm. Həmçinin mərasimdə iştirak edənlərə bütün prezidentlərə, nazirlərə, millət vəkillərinə təşəkkür edirəm". 

"TANAP layihəsi sayəsində Xəzər dənizindən hasil olunan təbii qaz ilk dəfə olaraq Avropaya nəql olunacaq. Bilirsiniz ki, bu bölgənin zəngin enerji resurslarının Avropaya daşıması üçün ilk dəfə cəhd edilmir.  Bu yola Bakı-Tbilisi-Ceyhan xam nefti boru kəməri layihəsi ilə çıxdıq. Azərbaycan və Gürcüstanla olan strateji əməkdaşlığımızı Azərbaycan qazını Türkiyəyə gətirən Bakı-Tbilisi-Ərzurum layihəsi ilə davam etdirdik. İşbirliyimiz təkcə enerji layihələri ilə bitmədi. Son olaraq, nəqliyyat sahəsində strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini dəyərli qardaşım Azərbaycan prezidenti İlham Əliyevlə bərabər gerçəkləşdirdik. Bununla da Londonla Çini maneəsiz əlaqələndirdik. TANAP ortaq baxışımızın ən son nəticəsidir. Enerji bazarında dəyişikliklərə və ehtiyaclara cavab verən bu layihə eyni zamanda gələcəkdə həyata keçirəcəyimiz yeni layihələr üçün müjdədir", - deyə o, bildirib.

Prezident həmçinin qeyd edib ki, TANAP layihəsinin istismara verilməsi Türkiyəyə enerji habına çevrilmək istiqamətində daha bir addım atmağa imkan verəcək və yüzlərlə müəssisəni işlə təmin edəcək.

R.T. Ərdoğanın sözlərinə görə, Türkiyə indiyə qədər enerji, nəqliyyat, ticarət sahələrində bir sıra uğurlu layihələr reallaşdırıb: "Ölkəmiz yatırım üçün güvənlidir".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR