Dünya neft bazarı çalxalanır - OPEC-in 3 böyük ölkəsi Sədiyyə-Moskva planına dirənir

img

12-06-2018 [18:32]


İraq hökuməti Səudiyyə Ərəbistanının neft hasilatını artırmaq planının qarşısının alınması məsələsini Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gələn həftə keçiriləcək növbəti görüşündə müzakirəyə çıxarılmasını tələb edib.

"Bloomberg” xəbər verir ki, OPEC-də ikinci hasilatçı ölkə olan İraq kartelin gördüyü tədbirlərin hələ tam məqsədinə çatmadığı və neftin qiymətlərinin arzuedilən səviyyədə olmadığı qənaətindədir. Bu məsələdə İran və Venesuela da Bağdadı dəstəkləyib. Bu, OPEC-in beş təsisçi ölkəsindən üçünün Səudiyyə Ərəbistanı planının əleyhinə çıxması deməkdir.

ABŞ Prezidenti Donald Tramp da bu yaxınlarda hasilatın artırılması ilə bağlı Səudiyyə Ərəbistanına müraciət etmişdi. Bununla yanaşı, ötən ay Moskva ilə Ər-Riyad arasında keçirilən görüşdə ilin sonunadək hasilatın artırılması təklif olunub. Tərəflər bu təklifi OPEC-ə digər üzv ölkələrlə məsləhətləşmədən irəli sürüblər.

Buna cavab olaraq İraqın neft naziri Cabbar əl-Layibi bildirib: "OPEC üzvü olan və digər hasilatçı ölkələr hələ öz məqsədlərinə nail olmayıblar. İraq bəzi hasilatçı ölkələrin birtərəfli qaydada və digər istehsalçılarla məsləhətləşmədən qəbul etdiyi qərarlarla razılaşmır”.

Xatırladaq ki, OPEC-in iyunun 22-dən 23-dək Vyanada keçiriləcək görüşündə ABŞ-ın sanksiyalarına məruz qalan İran və Venesuelanın müraciətləri də müzakirəyə çıxarılacaq. Hər iki ölkə Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı artıracağı təqdirdə öz bazarlarını itirəcəyini ehtimal edir. İraq isə ölkənin şimalında etnik kürdlərlə münaqişə səbəbindən daha çox neft istehsal etmək imkanlarına malik deyil.

Lakin ekspertlər bu üç ölkənin Moskva və Ər-Riyadın planlarına əngəl olacaqlarına əmin deyillər. İran və Venesuela ilə yaxın siyasi əlaqələrinə baxmayaraq, Rusiya hasilatı artırmaqda qərarlıdır. Belə ki, iyun ayının ilk həftəsində bu ölkə dünya bazarlarına OPEC-lə razılaşdırılan 10,95 milyon barrel əvəzinə 11,09 barrel xam neft çıxarıb/Azərtac.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR