"Qaçqınkom"un sədri məcburi köçkünlərlə görüşdü - Tapşırıqlar verdi

img

12-06-2018 [18:01]


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakı şəhəri və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünləri qəbul edib. 

Komitədən Mia.az-a verilən məlumata görə, qəbulda Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Bildirilib ki, məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil problemi, kommunal xidmətlər, statusun verilməsi, işəgötürmə ilə bağlı olub. Vətəndaşlar ayrı-ayrılıqda dinlənilib, müraciətləri qeydə alınıb.

Sədr Rövşən Rzayev müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR