Azərbaycanda siqaretlərə tətbiq edilən vergi qalxdı - Bahalaşma gözlənilir

img

12-06-2018 [16:45]


Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.

Qeyd edək ki, indiyədək bu məbləğ 4 manat idi.

Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq qəbul olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR