Kim Çen İn təşkilatçıların qələmindən imtina edib - İmzalanma mərasimində maraqlı detal

img

12-06-2018 [11:18]


KXDR lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla görüşdən sonra yekun sənədi ABŞ tərəfinin təklif etdiyi qələmlə yox, bacısının ona hədiyyə etdiyi lələkvari qələmlə imzalayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hələ mərasim başlamazdan əvvəl, imzalanması üçün qovluqlar və üzərində Donald Trampın adı olan iki eyni qələm masanın üzərinə qoyularkən Şimali Koreya liderinin ağ əlcəkli təhlükəsizlik işçisi qələmi açaraq onu salfetlə silib.

Amma imzalamadan əvvəl bacısı Kim Yo Çjon KXDR liderinə yaxınlaşaraq ona lələkvari qələm uzadıb. Kim Çen İn də məhz o qələmlə yekun sənədi imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR