Dünya Kubokunun açılış şousuna hansı məşhurlar qatılacaq? - Adlar açıqlandı

img

11-06-2018 [15:51]


Rusiyada təşkil olunan futbol üzrə Dünya Kubokunun açılış mərasimi şousunda iştirak edəcək dünya ulduzlarının adları məlum olub.

Dünya Çempionatının Təşkilat Komitəsindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, açılış şousunda ingiltərəli məşhur müğənni Robbi Uilyams, rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina və futbol üzrə ikiqat dünya çempionu, braziliyalı Ronaldo iştirak edəcəklər.

Qeyd edək ki, açılış mərasimi iyunun 14-də Moskvadakı "Lujniki” stadionunda baş tutacaq. İlk oyun ev sahibi Rusiya ilə Səudiyyə Ərəbistan komandaları arasında keçiriləcək. Açılış matçından əvvəl isə möhtəşəm mərasimdə Robbi Uilyams, Aida Qarifullina və Ronaldo tamaşaçıların qarşısına çıxacaqlar.

Dünya çempionatının matçları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. Açılış mərasimi Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR