Şriftin ölçüsü / 765 dəfə oxunub

Xalq şairi Cabir Novruzun sonbeşik övladı vəfat etdi...

10 Iyun 2018 [21:08]
"Bir neçə saat əvvəl xalq şairi Cabir Novruzun sonbeşik övladı Müşfiq Cabiroğlu qəflətən vəfat etdi". 

Mia.az bildirir ki, bu sözləri QHT rəhbəri Sahib Məmmədov sosial şəbəkədə yazıb.

O bildirib ki, Cabir Novruzun böyük oğu Mirzə 2007-ci ildə avtoqəzada, ortanclı övladı Vüqar 2014-cü ildə qəflətən infarkt keçirərək vəfat edib: 

"Cabir Novruzla qonşu idik. Sonra da həmin mənzildə Müşviq qalırdı. Rəhmətlik çox gülərüz, mehriban və səmimi bir insan idi. Son vaxtlarda çox fikirli idi. Son bir ildə onu heç vaxt gülən görməmişdim. Ortancıq qardaşının qəfil vəfatından sonra özünü toparlaya bilməmişdi. 

Müşviq həm də xalq artisti Ələabbas Qədirovun kürəkəni idi. Yaşasaydı, oktyabr ayının 3 də 54 yaşı olacaqdı...".

Allah rəhmət eləsin!


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...