ware script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Shell indir
Şriftin ölçüsü / 2384 dəfə oxunub

Generalın icra başçısı qardaşı işdən çıxarıldı, yerinə təyinat oldu - Tovuzun yeni icra başçısı kimdi?

07 Iyun 2018 [14:28]

Prezident İlham Əliyev daha bir icra başçısının işdən çıxarılması ilə bağlı sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, T. Zeynalov 2007-ci ildən Tovuzun icra başçısı idi.

İşdən çıxarılan Tofiq Zeynalov Baş Dövlət Yol Polisi idarəsinin rəisi general Ramiz Zeynalovun qardaşıdır. 

Dövlət başçısının digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni başçı Məmməd Məmədov əslən Tovuz rayonundadır. O, uzun illər biznes fəaliyyəti ilə məşğul olub.



SON XƏBƏRLƏR