Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

26-05-2018 [13:41]


Mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək. 

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah havanın temperaturu gecə 14-17° isti, gündüz 19-23° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Abşeron şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) güclü şimal-qərb küləyi axşam mülayimləşəcək, dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə güclü şimal-qərb küləyi axşam mülayimləşəcək, dəniz suyunun temperaturu 17-18° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti təşkil edəcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq