Milli Məclis sədrinin Gürcüstana səfəri başladı

img

26-05-2018 [10:55]


Milli Məclisin sədri Oqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb.

Tbilisi beynəlxalq hava limanında O. Əsədovu Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər qarşılayıb.

Oqtay Əsədov səfər çərçivəsində Tbilisidə Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. O, Gürcüstan parlamentində baş tutacaq "İnkişaf üçün əməkdaşlıq – gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masaya da qatılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq