Dövlət qulluğunda ən yüksək müsabiqə vəziyyəti olan vəzifələr - SİYAHI

img

25-05-2018 [14:51]


Fevralın 7-8-də elan edilmiş müsabiqə üzrə müsahibələr yekunlaşıb.

Dövlət İmtahan Mərkəzindən Mia.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə elan edilmiş müsabiqə üzrə müsahibələrdə iştirak etmək məqsədilə 518 vakant vəzifəyə 348 namizədin 1399 müraciəti qeydə alınıb.

Statistik məlumatlardan müşahidə edildiyi kimi, təqdim olunan bəzi vakant vəzifələr üzrə müsabiqə vəziyyəti daha yüksək olub. Buna misal olaraq, Dövlət Sosial Müdafiə Fondu, Yasamal rayon şöbəsi, Sosial xidmət sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə 1 vakant yerə 42, Dövlət Məşqulluq Xidməti, Yasamal rayon Məşğulluq Mərkəzi, Aktiv məşğulluq tədbirləri sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə 1 vakant yerə 36, Nizami rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda məsləhətçi vəzifəsi üzrə 33 namizədin müraciəti qeydə alınıb. Keçirilməsi nəzərdə tutulan 1399 müsahibədən 465-i baş tutub. Namizədlər 739 müsahibədə iştirak etməkdən imtina edib, 195 müsahibədə isə iştirak etməyib. Baş tutmuş 232 müsahibə üzrə uğur əldə edilib, 233 müsahibə üzrə isə uğur qazanan olmayıb. Baş tutmuş 232 müsahibə üzrə uğur əldə edilib, 233 müsahibə üzrə isə uğur qazanan olmayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə elan edilmiş vakant vəzifələrin tutulması üzrə uğurluluq göstəricisi 49,8 % olub.

Beləliklə, müsahibələrdə iştirak etmiş 164 namizəd bir və ya daha çox (121-i 1 vakant vəzifəyə, 26-sı 2 vakant vəzifəyə, 13-ü isə 3 vakant vəzifəyə, 2-si 4 vakant vəzifəyə, 1-i 5 vakant vəzifəyə, 1-i 7 vakant vəzifəyə) vəzifəyə uyğun bilinib, 93 namizəd isə iştirak etdiyi heç bir müsahibədə müvəffəqiyyət əldə etməyib. Ümumilikdə, 272 vakant vəzifədən 126 vakant vəzifəyə 164 namizəd uyğun bilinib, qalan 146 vakant vəzifəyə isə heç bir namizəd uyğun bilinməyib.

11 dövlət orqanı üzrə 8 fevral 2018-ci il tarixdə elan edilmiş müsabiqə üzrə müsahibələrdə iştirak etmək məqsədilə 128 vakant vəzifəyə 328 namizədin 791 müraciəti qeydə alınıb. Keçirilməsi nəzərdə tutulan 791 müsahibədən 249-u baş tutub. Namizədlər 399 müsahibədə iştirak etməkdən imtina edib, 143 müsahibədə isə iştirak etməyib. Baş tutmuş 110 müsahibə üzrə uğur əldə edilib, 34 müsahibə üzrə isə uğur qazanan olmayıb. Beləliklə, müsahibələrdə iştirak etmiş 100 namizəd bir və ya daha çox ( 91-i 1 vakant vəzifəyə, 8-i 2 vakant vəzifəyə, 1-i isə 3 vakant vəzifəyə) vəzifəyə uyğun bilinib, 92 namizəd isə iştirak etdiyi heç bir müsahibədə müvəffəqiyyət əldə etməyib. Ümumilikdə, 128 vakant vəzifədən 64 vakant vəzifəyə 100 namizəd uyğun bilinib, qalan 64 vakant vəzifəyə isə heç bir namizəd uyğun bilinməyib. Müsahibələr Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Tarif Şurasının Katibliyi, Pirallahı Rayon Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Cəbrayıl Rayon Məhkəməsi, Sabirabad Rayon Məhkəməsi üzrə keçirilib.

Daha çox vakant vəzifə təqdim edən orqanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (73 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (45 vakant vəzifə) və Dövlət Statistika Komitəsidir (51 vakant vəzifə). Mövcud vakant vəzifələrə uyğun yüksək müsabiqə vəziyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (73 vakant vəzifəyə 400 müraciət sayı), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (3 vakant vəzifəyə 65 müraciət sayı) üzrə yaranıb.

Müsabiqədə elan edilmiş vakant vəzifələrin tutulması üzrə uğurluluq göstəricisi aşağıdakı orqanlar üzrə daha yüksək olub

Gənclər və İdman Nazirliyi: 100 % (3 namizəd üzrə 3 uğurlu)

Sumqayıt Apellyasiya Məhkəməsi: 100 % (3 namizəd üzrə 3 uğurlu)

Sabirabad Rayon Məhkəməsi: 100% (1 namizəd üzrə 1 uğurlu)

Dövlət Statistika Komitəsi: 69,2% (52 namizəd üzrə 36 uğurlu, 16 uyğunsuz)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 40,9% (122 namizəd üzrə 50 uğurlu, 72 uyğunsuz)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi: 40% (15 namizəd üzrə 6 uğurlu, 9 uyğunsuz)

Qeyd edək ki, ümumilikdə 338 namizəd qeydiyyatdan keçdiyi halda müsahibələrdə iştirak etməyib, 1138 namizəd isə müsahibədə iştirak etməkdən imtina edib. Bu vəziyyət tərəfimizdən mənfi hal kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Həmçinin, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Namizədlərin müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir və bu kimi hallar namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilərək DİM-in məlumat bazasında qeydiyyata alınır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı