“Məni kim polisə çağıra bilər?” - Hadi Rəcəblidən barəsində yayılan xəbərlərə SƏRT REAKSİYA

img

25-05-2018 [11:53]


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli gəlini Beruzova Zərifə Beruz qızının dələduzluqda ittiham olunması ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Mia.az xəbər verir ki, Hadi Rəcəbli "Ölkə.Az”a açıqlamasında deyib ki, yayılan bu cür xəbərlər tamamilə yalandır:

"Bu yalan da Avstriyada qeydiyyatdan keçən bir səhifədən götürülmüşdü. Həmin məsələ 2 il əvvəl gündəmə gətirilən zaman Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbəri təkzib etmişdi. Bu barədə nə Daxili İşlər Nazirliyində, nə Suraxanı polisində heç bir məlumat yoxdur. Jurnalistlərə də məsləhət görürəm ki, Daxili İşlər Nazirliyi və Suraxı polisi ilə əlaqə saxlayıb məsələ barədə dəqiq məlumatı öyrənsinlər”.

Komitə sədri onun polisə çağırılması barədə xəbər yazan jurnalistləri də təhqir edib:

"Görün bunu yazan jurnalistlərin səviyyəsi nə qədər aşağıdır ki, deyirlər Hadi Rəcəblini polisə çağırıblar. Axı məni kim polisə çağıra bilər? Mənim toxunulmazlıq hüququm var. Mənim polisə çağırılmağım üçün gərək Milli Məclis qərar qəbul etsin”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı