Kəndli və fermerlərə necə kredit veriləcək? - Yeni girov mexanizmləri hazırlanacaq

img

24-05-2018 [11:46]


"Cari ilin sonuna qədər ilkin mərhələdə kənd təsərrüfatı sahəsinə 10 milyon manat kreditin ayrılması haqqında qərar qəbul etdik".

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

M.Əliyevin sözlərinə görə, kəndli və fermerlər bu kreditlərdən yararlana bilərlər.

"Minimum kredit məbləği 1000, maksimum kredit məbləği isə 200 min manatdır. Faiz həddi maksimum 7% müəyyən olunub. Girov məsələsində müvəkkil kredit təşkilatlarını hazırkı bankları seçmişik. Hazırda bir neçə dövlət qurumları ilə birgə yeni girov mexanizmlərinin hazırlanması, yəni daşınar əmlakın girov kimi götürülməsi və s. mexanizmlər üzərində çalışırıq",- deyə xidmət rəisi bildirib. 
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR