Prezidentdən Bakı İcra Hakimiyyəti ilə bağlı sərəncam - Bu rayonlara pul ayrıldı+Cədvəl

img

23-05-2018 [18:44]


Azərbaycan prezidenti İlham ƏliyevBakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Mia.az-ın məlumatına görə, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədi ilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.44.1-ci yarımbəndində göstərilmiş məbləğin 40 milyon manatı Bakı Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sıra №-si

Tədbirin adı

Ayrılan vəsait

Binəqədi rayonu

1

Binəqədi qəsəbəsində 179 saylı orta məktəb üçün 1416 şagird yerlik yeni binanın inşası

4 377 000

2

Biləcəri qəsəbəsində 300 saylı orta məktəbin əsaslı təmiri və köhnə korpusunun sökülməsi

1 768 000

Qaradağ rayonu

3

Qobustan qəsəbəsində 223 nömrəli tam orta məktəbin əsaslı təmiri

3 858 000

Nərimanov rayonu

4

Humanitar fənlər gimnaziyasının əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 170 000

Sabunçu rayonu

5

Ramana qəsəbəsində 78 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

3 084 000

6

Maştağa qəsəbəsində 187 saylı tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 799 000

7

Zabrat qəsəbəsində 192 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

3 600 000

8

Ramana qəsəbəsində 198 saylı orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirilməsi

2 480 000

9

Nardaran qəsəbəsində 295 saylı tam orta məktəbin əsaslı təmiri

4 660 000

Suraxanı rayonu

10

Qaraçuxur qəsəbəsində Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpa-gücləndirilməsi

5 204 000

Cəmi

40 000 000



Digər xəbərlər
SON XƏBƏRLƏR