Prezident nazirliyi iki yerə ayırsa da... - 147 "Qaynar xətt"ində iki qurum bir yerdədir+VİDEO

img

23-05-2018 [16:39]


Bir müddət öncə Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ayrılaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ayrı-ayrı qurum şəklində təsdiqlənib.

Mia.az xəbər verir ki, Dövlət Turizm Agentliyi ayrıca dövlət qurumu olsa da Mədəniyyət Nazirliyinin 147 "Qaynar xətt"ində turizm sahəsi ilə bağlı bölmələr ləğv olunmayıb. Bundan əlavə Çağrı Mərkəzinə edilən zəng zamanı operator "Siz Mədəniyyət və Turizm Nazirliyinin Çağrı Mərkəzinə zəng etmisiz" sözləri qeyd edilir. 

Mədəniyyət Nazirliyinin bu cür yanlışlığa yol verməsi isə təəccüb doğurmaya bilməz.Çünki ölkəmizə qonaq gələn xarici turistlər həmin "Çağrı Mərkəz"inə zəng edərkən lazımi məlumatları əldə edə bilməyəcəklər. Bu da yüzlərlə xarici qonağın turizm obyektləri ilə bağlı məlumatlardan məhrum edilməsi deməkdir. 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamaq mümkün olmadı.





Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub