“Qız qaçırma insan oğurluğu deyil” - Deputat parlamentdə ilginc təklif verdi

img

23-05-2018 [12:33]


Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri, deputat Siyavuş Novruzov qız qaçırma ilə adam oğurluğunu eyniləşdirməyin düzgün olmadığını bildirib.

Bu barədə deputat Milli Məclisdə keçirilən dinləmədə çıxışı zamanı deyib. S.Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib: 

"Ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil. Biri var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, biri də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib bunu qanunvericilikdə fərqləndirməliyik”.

Siyavuş Novruzov televiziya efirlərinə "ailədən xəbəri olmayan şəxslərin" çıxarılmasından gileylənib.

Bu barədə deputat Milli Məclisdə keçirilən dinləmədə çıxışı zamanı deyib: "Ailələrin dağılması ciddi problemə çevrilib. Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övladı buna hazırdır, ya yox. Baxırsan nə işi, nə təhsili var. Deyirlər yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

Deputatın sözlərinə görə, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var: 

"Bir çox hallarda telekanallara ailədən xəbəri olmayanları çıxarırlar, təbliğ edirlər. Mən şou-biznes əhlini nəzərdə tutmuram, çünki onların öz dünyası, öz yaşam tərzi var, amma bəzən elələrini efirə çıxarırlar ki, onun ailə haqda anlayışı belə yoxdur... Və yaxud, bir neçə gün bundan öncə abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər, gizlədirdilər. İndi isə bunları yayırlar, təbliğ edirlər və nəticədə də bu cür ağrılı hallar yaşanır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR