Hərbiçinin olduğu maşın qəzaya düşdü - Ölən və yaralılar (FOTO)

img

22-05-2018 [15:07]


Bakıdan Beyləqana gələn avtomobil qəzaya düşüb.

Qəza, Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində baş verib.

Belə ki, iki hərbiçi zabitimiz 42 CA 252 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb. Dünyasını dəyişən lərin hərbçi olduğu bildiriıir.

Əldə etdiyimiz məlumata görə, zabitlərdən birinin Murad Muradov olduğu, digərinin isə kimliyinin hələlik məlum olmayan zabitdir.

*** 

Bakıdan Beyləqana gələn "Mersedes" markalı avtomobil qəzaya düşərək yaralanan qadınla bağlı Beyləqan Rayon Mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov açıqlama verib.

Ə.Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, yaralı Zöhrabova Zöhrə Dadaş qızıdır:
"Qadın 1973-cü il təvvəlüdlü, Astara rayonu Marxan kənd sakinidir. Qadın qapalı kəllə-beyin travması alıb, başın əzilməsi, hər iki yuxarı ətrafın əzilməsi yarası ilə reanimasiyada müalicə alır. Vəziyyəti ağırdır.

Qəzada hərbçi Murad Muradovla birlikdə dünyasın dəyişən digər şəxs isə onun qaynıdır. Yaralı Zöhrə Zöhrabova isə hərbçi Murad Muradovun qayınanasıdır".



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub