"Azərsu" abunəçilərinə suya görə borcu hesablamaq imkanı yaradıb

img

22-05-2018 [11:36]


"Azərsu" ASC Elektron Hökumət Portalı üzərindən daha birxidmətini abunəçilərinin istifadəsinə verib.

Bu barədə qurumun İctimaiyyətlə əlaqələr vəmətbuat xidməti şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, sayca 12-ci olan bu elektron xidmətlə abunəçisayğacın üzərindəki göstəricini sistemə yükləyərək borcunu hesablaya biləcək.

"Son illər aparılan işlər nəticəsinsə 3 mindən çox yaşayış binasında susayğacları evlərin daxilindən çölə çıxarılıb. Bununla belə, xeyli sayda abunəçudə sayğaclar evin içərisindədir və bu, su borcunun hesablanmasına problem yaradır. Artıq buelektron xidmətlə vətəndaş özü sayğacın şəklini çəkib sistemə yükləyəcək və bununla da borc hesablanacaq", - deyə o, qeyd edib.

Bundan başqa,A.Cəbrayıllının sözlərinə görə, artıq 8 ildir ki, bir sıra dövlət qurumları elektron xidmətlərin tətbiqinə başlayıb. "Azərsu" da 2011-ci ildənbu istiqamətdə çalışır. 2017-ci ilə qədər 11 elektron xidmət üzrə quruma 350 min müraciət saxil olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR