"500-dən çox idarə və müəssisələrdə yoxlama aparılıb" - Səttar Mehbalıyev

img

21-05-2018 [12:40]


"2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək müfəttişləri tərəfindən əməyin mühafizəsi ilə bağlı 500-dən çox idarə və müəssisələrdə yoxlama aparıb".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev söyləyib.

Onun sözlərinə görə, hazırda iş yerlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün müzakirələr aparılır.

"Aparılan yoxlamalar nəticəsində 3 mindən artıq qanun pozuntusu aşkar edilib. Bu və ya digər məsələlərdə çatışmazlıqlar olub. Çatışmazlıqların 92%-i aradan qaldırılıb", -deyə S.Mehbalıyev əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR