Şriftin ölçüsü / 2564 dəfə oxunub

Sahil Babayev 5 şöbəyə müvəqqəti müdir təyin etdi - Proses davam edəcək

19 May 2018 [14:21]
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub.

Mia.az "Report”a istinadən xəbər verir ki, müvafiq əmrlə DSMF-nin Yasamal şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq İlham Orucova, Sabunçu şöbəsinin rəhbəri vəzifəsi Firdovsi Əliyevə, Suraxanı şöbəsinin müdiri vəzifəsi Pərviz Rüstəmova, Xətai şöbəsinə rəhbərlik isə Firdovsi Bədəlova həvalə edilib.

Bundan başqa, "Report"un məlumatına görə,  DSMF-nin Qaradağ rayon şöbəsinin müdiri  vəzifəsinin icrası da müvəqqəti olaraq Elşən Fətullayevə tapşırılıb. 

Xatırladaq ki, DSMF-nin adıçəkilən rayonlar üzrə şöbə müdirlərinin vəzifədən çıxarılma xəbərini ilk olaraq Mia.az saytı yayıb.

Onu da qeyd edək ki, "Report"un yaydığı xəbərin əksinə olaraq, DSMF-nin Qaradağ rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov bu günlərdə deyil, ötən ilin yay aylarında, daha dəqiqi, iyul ayında yəni keçmiş nazir Səlim Müslümovun dövründə vəzifədən azad edilib. O, Piralah rayon Məşğulluq Məzrkəzinin direktoru təyin olunub. Yəni Məhərrəmovla bağlı xəbər "isti" deyil...

Mia.az-ın əldə etdiyi məlumata görə, həm nazirlik, həm də DSMF sahəsində kadr dəyişiklikləri davam edəcək. Qarşıdakı həftədə daha 5 vəzifəli şəxsin çıxarılacağı gözlənilir. Onlarla bağlı əmr rəsmiləşən kimi, adlarını oxuculara təqdim edəcəyik. 

Mia.az


SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...