Ramil Usubovdan daha bir dəyişiklik - Polis rəisi təqaüdə göndərildi

img

17-05-2018 [18:40]


Xızı rayonunun polis rəisi təqaüdə göndərilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xızı rayon Polis Şöbəsinin rəisi Elmar Usubov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl Astaranın polis rəisi Adil Həsənov da təqaüdə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR