ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Gələn ay ölkədə 6 gün iş olmayacaq - Hökumət qərarı - mia.az
Şriftin ölçüsü / 1638 dəfə oxunub

Gələn ay ölkədə 6 gün iş olmayacaq - Hökumət qərarı

17 May 2018 [16:55]
Bu il iyun ayında Ramazan və Milli Qurtuluş Günü ilə əlaqədar 5 gün ölkədə qeyri-iş günü olacaq.

Mia.az xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Trend-ə bildirib ki, iyunun 15-də ölkədə Milli Qurtuluş Günü, iyunun 15 və 16-sında isə Ramazan bayramı qeyd ediləcək.

Lakin Milli Qurtuluş Günü və Ramazan bayramının üst-üstə düşməsi, eləcə də bayram günlərindən birinin, yəni iyunun 16-sının həftələrarası istirahət gününə (şənbə gününə) düşməsi ilə əlaqədar ölkədəki qeyri-iş günlərinin tarixlərində dəyişiklik edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci və 6-cı hissələrinə və Nazirlər Kabinetinin ”2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri və Ramazan bayramının bir gününün Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq, 18,19 iyun tarixləri istirahət günləri sayılacaq.

Beləliklə, bazar günü də nəzərə alınarsa, iyunun 15,16, 17, 18 və 19-u ölkədə qeyri-iş günü, iyunun 20-si iş günü olacaq.

Qeyd edək ki, iyunun 26-da Silahlı Qüvvələr Günü kimi qeyd edildiyindən həmin gün də iş günü hesab edilməyəcək.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR