Türk nazir İsrail səfirini şou göstərməkdə ittiham etdi: "O, pulunu ödəyib, VİP keçiddən keçə bilərdi"

img

17-05-2018 [16:51]


"Türkiyəni tərk edən İsrail səfiri ucuz siyasətə əl atıb".

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

"İsrailin səfiri pulunu ödəyib VİP keçiddən keçə bilərdi. İsraildə bizim səfirlik əməkdaşları və ya biz özümüz pulumuzu ödəyərək keçirik. Səfir VİP keçiddən deyil, normal keçiddən getdiyi zaman əlbəttə ki, bu prosedurlara əməl etməlidir. Hər kəs əməl edir. Əgər bunlara əməl etmək istəmirsənsə, o zaman pulunu verib keçməlisən”, - Çavuşoğlu bildirib.

Xatırladaq ki, İsrail səfirinin Türkiyəni tərk edərkən hava limanında çəkilmiş görüntüləri yayılıb. Rəsmi Təl-Əviv buna kəskin reaksiya verib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR