Xaləddin İsgəndərov vəzifəsindən azad edildi: "Artıq işsizəm, yığışıb gedirəm evə"

img

17-05-2018 [16:07]


Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, X.İsgəndərov hazırda kollektivlə vidalaşır, qurumda təhvil-təslim aparılır. 

Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.

Xaləddin İsgəndərov "Yeni Müsavat”a açıqlamasında başqa vəzifəyə təyinat almadığını deyib: "Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə. Heç bir vəzifəyə təyinat almamışam”.

Xatırladaq ki, Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir. F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR