Bakıda bankomatları yaran dəstənin cinayət işi - Biri polis əməkdaşı olub

img

17-05-2018 [13:32]


Bakıda bankomatlarda oğurluq etməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində bankomat yarmaqda və ordakı pulu oğurlamaqda təqsirləndirilən Xəyal Rüstəmov onunla ittiham olunan Orxan Əhmədov, Rizvan Ağayev,və Elməddin Zülfüqarovun cinayət işi üzrə məhkəmə başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən Xəyal Rüstəmov Beylaqan rayon Polis şöbəsinin əməkdaşı olub və Binəqədi rayonuna ezam edilib və burda çalışırmış.

Məhkəmənin baxış iclası mayın 31-də keçiriləcək.

Qeyd edək ki, Orxan Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayıb. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb.

Bəlli olub ki, Orxan Əhmədova bankomatları yarmaqda Rizvan Ağayev, Xəyal Rüstəmov və Beyləqan rayon sakini olan Elməddin Zülfüqarov kömək edib. Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb.

Orxan Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdikləri və pulla dolu olan bankomatları hədəf seçib. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edirmiş və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiririblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR