Şriftin ölçüsü / 651 dəfə oxunub

"İsrailin hücumları cavabsız qalsa..." - Ərdoğan BMT-ni hədəf aldı

17 May 2018 [00:08]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsdə baş verən hadisələrə görə Birləşmiş Millətlər Təşkilatını tənqid edib.

Ərdoğan BMT-nin çökdüyünü deyib.

"Fələstində insanlıq cinayəti ilə üz-üzəyik. Bu hadisələr dünyanın başqa bir yerində yaşansaydı, bütün beynəlxalq təşkilatlar, bütün dövlətlər ayağa qalxardı. Təəssüf ki, İsrail tərəfindən fələstinlilərə qarşı törədilən cinayətlərə tamaşa edirlər. BMT tükənib, çöküb".

Ərdoğan, həmçinin qeyd edib ki, İsrailin hücumları cavabsız qalsa, dünya xaosa doğru sürüklənəcək.




SON XƏBƏRLƏR