“"Məni 3 saat dindirdilər, təsir göstərirdilər ki...” - Səməd Seyidovdan ETİRAZ

img

16-05-2018 [16:52]


Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə konstruktiv əməkdaşlıq edir, ancaq bu o demək deyil ki, Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarlar mövcud deyil.

Bunu Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, dəfələrlə Avropa Şurası daxilində Azərbaycana qarşı ikili standarların şahidi olublar.

"Dünən qəbul edilən qərar Azəbaycana qarşı növbəti ikili standartlarla dolu yanaşma kimi qiymətləndirilməlidir". 

**** 

"AŞPA-da bu gün tətbiq olunan sanksiyalarla bağlı yaradılan qrup 3 saat məni dindirib, onların suallarına cavab vermişəm”.

Bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.


O qeyd edib ki, suallar hərr şeyin təkrar soruşulmasından ibarət olub: "Bizə təsir edirdilər, deyirdilər ki, "sadəcə etiraf edin ki, burda başqa işlərlə məşğul olursunuz, o zaman sizin adınıza qarşı heç bir siyahı tətbiq olunmayacaq” və sair və ilaxır. Təbii ki, etiraf etmədik, çünki bunlar uydurma idi, etiraf etmək mümkün deyildi.


Bax, bunların məqsədi elə burdan da məlumdur. Qərəzli niyyətləri vardı, yerinə yetirdilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR