Şriftin ölçüsü / 792 dəfə oxunub

Dələduz adlandırılan federasiya rəhbəri Azad Rəhimovun müəllimi imiş

16 May 2018 [14:56]
"Hap Ki Do bir nömrəli dələduz federasiyadır. İkinci dələduz federasiya Budo, 3-cüsü isə Cu-boksinq federasiyasıdır”.

Bu sözləri millət vəkili, Azəraycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev Unikal.org-a verdiyi müsahibədə deyib. O, adıçəkilən qurumları dələduzluqda ittiham etmişdi.

Unikal.org dələduzluqda ittiham olunan Hap Ki Do federasiyası ilə bağlı maraqlı faktlar əldə edib.

Belə ki, adıçəkilən federasiyanın rəhbəri Süleyman Məmmədlidir. Döyüş sənətləri və fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim kimi qələmə verilən S.Məmmədli gənclər və idman naziri Azad Rəhimovun yaxınıdır.

Belə ki, A.Rəhimovun gənc yaşlarında idman müəllimi S.Məmmədli olub. Nazir gəncliyində onun yanında karatedən məşq dərsləri alıb.

Ancaq həmin federasiya idmançılarda ciddi xəsarətlərə səbəb olur. Belə ki, Sənan Əliyev adlı gənc federasiyanın tərkibində 2017-ci ildə Ukraynada keçirilən beynəlxalq yarışa qatılıb. Ukraynadan Azərbaycana gələnə qədər heç bir ağrısı olmayan idmançı vətənə qayıtdığı günün sabahı sağ tərəfində uyuşma hiss edib. Zamanla səhhətində problem yarandığı üçün idmançı həm nitq, həm də yerimə qabiliyyətini itirib. O bir müddət öncə Adil Əliyev və Güloğlan Cabbarovun yardımı ilə müalicə almağa başlayıb.

Unikal.org-a danışan Sənan Əliyev müalicəsinin davam etdiyini və hazırki durumunun qənaətbəxş oduğunu deyib:

"Bir müddət əvvələ qədər nə yeriyə, nə də danışa bilirdim. Həmin vaxtdan sağ qulağım eşitmə qabiliyyətini itirdi, sağ tərəfim iflic oldu. Danışanda heç kim məni başa düşmürdü. İndi vəziyyətim duzəlməyə doğru gedir”.




SON XƏBƏRLƏR