16-05-2018 [10:42]
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Fətvaya əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.
Lakin bu il də Ramazan ayının başlanması ilə bağlı ikitirəlik yaranıb. Türkiyə, o cümlədən əksər ərəb ölkələrində Ramazan ayı bu gündən – 16 maydan başlayır. Azərbaycan isə İranla paralel hərəkət edir. Nəticədə Azərbaycandakı inanclı insanların bir qismi bu gündən oruc tutmağa başlayıb, digər qismi isə sabahdan bu prosesə start verəcək.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, inanclı deputat Fazil Mustafa Modern.azsaytına danışarkən deyib ki, insan hürdür, istədiyi seçimi edə, öz idarəsi çərçivəsində qərar qəbul edə bilər. Fazil Mustafanın özü də Qafqaz Müsəlmanları İdarəsinin təqviminin əleyhinə olaraq, orucu bu gündən tutmağa başlayıb:
"Azərbaycan əslində təqlidçi mövqedədir”
F.Mustafa qeyd edib ki, insana daha ciddi elmi və düşüncə imkanları verən verilişləri, kitabları əsasən Türkiyə mənbələrindən oxuyub araşdırır:
"Bu baxımdan referans kimi həmin ölkəni götürürük. Amma dediyim kimi, bu, insanların sərbəst hüququdur. Kim istəyir QMİ-nin xəttini izləyib, onun anlayışı ilə yanaşsın, kim də istəyər başqa ölkələrdə olan dini anlayışda məsələyə baxsın. Burda heç bir qəbahət yoxdur. Çünki Azərbaycanın bu məsələdə özünəməxsus yanaşması yoxdur. Bu istiqamətdə Azərbaycan əslində təqlidçi mövqedədir. Bu o deməkdir ki, İranda nəyi etdilərsə, məsələn, İranda hansısa dini nüfuz sahibi nə etdisə, bizdə də onu təkrar etmək məcburiyyəti var. Lakin azad din anlayışına sahib olan insanlar üçün bunların heç biri keçərli deyil”.
"Onlar çox şeyləri açıq şəkildə söyləməkdən çəkinəcəklər”
Deputat Şamaxı Astrofizika Rəsədxanasının bu istiqamətdə olan rəyindən də söz açıb:
"Ayın görünüb- görünməməsi ilə əlaqəli Rəsədxana başqa cür rəy verə bilməz. Çünki sonradan onlar bununla bağlı problem yaşaya bilərlər. Yəni ən azı işdən çıxma qorxusu ilə çox şeyləri açıq şəkildə söyləməkdən çəkinəcəklər. Türkiyədə əksər insanlar bu məsələdə aktiv rol alırlar, yüz dəfə ölçüb-biçir, hansı variantın daha doğru olduğunu seçirlər. Şəxsən mən o variantı izləyirəm. Amma sabah oruc tutacaq, yaxud heç tutmayacaq insanların hamısının normal ay keçirməsini təmənna edirəm. Çünki heç kim başqalarının işinə qarışa ya da, ittiham edə bilməz”.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib