Şriftin ölçüsü / 357 dəfə oxunub

KXDR Cənubi Koreya ilə danışıqlardan imtina etdi

16 May 2018 [08:40]

Şimali Koreya (KXDR) Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Buna səbəb ABŞ-ın Cənubi Koreya ilə keçirdiyi birgə hərbi təlimlər olub.

Qeyd edək ki, iki ölkə arasındakı sərhəddə keçirilməsi planlaşdırılmış görüşün təşəbbüskarı KXDR olmuşdu. Danışıqlarda "Qırmızı Xaç” xətti ilə dialoqun bərpası məsələlərinin müzakirə olunacağı gözlənilirdi.

Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.




SON XƏBƏRLƏR