Şriftin ölçüsü / 446 dəfə oxunub

Rəsmi Tel-Əvivdən Ankaraya cavab gecikmədi - Qüdsdəki baş konsuldan ölkəni tərk etməsini tələb olundu

15 May 2018 [22:59]
İsrailin Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Qüdsdəki baş konsulundan ölkəni tərk etməsini tələb edib.

Bu barədə "Jerusalem Post" məlumat yayıb.

"Baş konsula bir qədər vaxt müddəti ərzində məsləhətləşmələr üçün Türkiyəyə qayıtmaq təklif edilib", - deyə diplomatik idarənin nümayəndəsi bildirib.

Daha əvvəl Türkiyə XİN İsrail səfirinə ölkəsinə qayıtmağı tövsiyə edib. Türkiyə XİN-nin rəsmiləri İsrail səfirinə Ankaranı tərk edərək ölkəsinə qayıtmağı və bir müddət ölkəsində qalmağı tövsiyə ediblər.

İki ölkə arasında diplomatik qarşıdurma Qəzza sektorunda baş verən hadisələrə görə yaranıb. Həmin ərazidə İsrail hərbçiləri ilə toqquşmalarda onlarla fələstinli həlak olub/Report.


SON XƏBƏRLƏR