Netanyahudan Ərdoğana mesaj: "İsrailə ağıl öyrətməməyi məsləhət görürəm”

img

15-05-2018 [16:47]


İsrailin baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İsrailə "ağıl öyrətməməyi” məsləhət görüb.

Bu barədə B.Netanyahu öz "Twitter” səhifəsində yazıb.

 O vurğulayıb ki, R.T.Ərdoğan HƏMAS terror təşkilatının ən qatı tərəfdarlarındandır: "Şübhəsiz ki, o, terrorun və qırğının nə olduğunu bilir. Ona görə də, mən, ona İsrailə ağıl öyrətməməyi məsləhət görürəm”.

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR