Nazirlik reyd keçirdi - Daha bir bələdiyyə sədri 3 min cərimələndi

img

15-05-2018 [09:40]


 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Mia.az nazirliyə istinadən bildirir ki, reyd zamanı Oğuz rayonu Sincan bələdiyyəsi ərazisində məişət tullantılarının qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub:

"Faktla bağlı Sincan bələdiyyəsinin sədri Sərxan Zahidov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib".

Qeyd edək ki, nazirlik bundan əvvəl Kürdəmir və Qəbələdə də bələdiyyə sədrlərini 3 min manat cərimə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR