ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Növbə icra başçılarınındır: "Yaşlı və etimadı itirən rayon rəhbərləri “vurulacaq"" - mia.az
Şriftin ölçüsü / 2213 dəfə oxunub

Növbə icra başçılarınındır: "Yaşlı və etimadı itirən rayon rəhbərləri “vurulacaq""

15 May 2018 [09:03]
Məlum olduğu kimi, Prezident İlham Əliyev hökumətin tərkibini yenidən formalaşdırıb.

Bununla da Baş nazirdən tutmuş, ölkənin bir çox nazirlik, komitə və dövlət agentliklərində mühüm dəyişiklər həyata keçirilib, idarəetməyə yeni simalar gətirilib.

Lakin maraqlıdır ki, mərkəzi hakimiyyət orqanlarında aparılan kadr və struktur islahatları hələ də rayonlara sirayət etməyib.

Bu və ya digər məsələlərlə bağlı Mia.az-ın əldə etdiyi məlumata görə, kadr islahatı dalğası yaxın zamanlarda rayon icra başçılarını da ağuşuna alacaq. Və bu zaman barəsində daha çox şikayət olunan, həmçinin Prezidentin dəfələrlə xəbərdarlığına baxmayaraq,  illərdir rəhbərlik etdiyi rayona kənar sərmayə cəlb edə bilməyən, əksinə, problemləri daha da dərinləşdirən icra başçılarının çoxu yola salınacaq.

Məlumata görə,  vəzifəsindən azad olunacaq icra başçıları arasında keçmiş nazirlər – Fazil Məmmədov, Ziya Məmmədov,  Eldar Mahmudov, Heydər Əsədov, Səlim Müslümov və digərlərinə yaxın olanların da adlarının olması gözləniləndir: "Məncə, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Gədəbəyin icra başçısı Ramiz Yediyarov və Qazaxın icra başçısı Rəcəb Babaşov sabiq nazir Fazil Məmmədovun kadrları kimi tezliklə vəzifələrindən alınacaq. Zərdab, Ucar, Yardımlı və Goranboyun icra başçıları da Ziya Məmmədovun güdazına gedəcəklər. Səlim Müslümovun dayısı Ənvər Seyidəliyevlə digər qohumu, İsmayıllının  69 yaşlı icra başçısı Mirdamət Sadıqovun da əvvəlki kimi indi mövqeləri möhkəm deyil. Hesab edirəm ki, onlarla yanaşı, Eldar Mahmudovdan sonra da vəzifələrini qoruyan icra başçıları ilə bu dəfə vidalaşma olacaq”.

Məlumata görə, bunlarla yanaşı, YAP-da təmsil olunan bir çox icra başçıları haqda da tədbir görüləcək: "Məsələn, Beyləqanın icra başçısı Vaqif Abdullayevlə Nərimanovun icra başçısı Abdin Fərzəliyev YAP-da mühüm post tutur, Siyasi Şura üzvləridir, hakim partiyada bəzi funksionerlərlə ciddi əlaqələrə sahibdirlər. Lakin hər iki icra başçısının vəzifədə iqtidara sıxıntı yaratmaları da göz önündədir...”.

Məlumata görə, Hacıqabulun 68 yaşlı icra başçısı Əhməd Muxtarov, Göygölün 61 yaşlı icra başçısı Arif Seyidov, Dəvəçinin 65 yaşlı icra başçısı Novruz Novruzov, Xaçmazın 80 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev,  İmişlinin 62 yaşlı icra başçısı Vilyam Hacıyev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, Qobustanın 68 yaşlı icra başçısı Adil Məmmədov, Sabirabadın 67 yaşlı icra başçısı Nazim İsmayılov, Şamaxıya rəhbərlik edən 58 yaşlı Asif Ağayev, Tərtərin icra başçısı Müstəqim Məmmədov, Tovuzun 75 yaşlı icra başçısı Tofiq Zeynalov və başqa bir neçə icra başçısı da onlara göstərilən etimadı itiriblər.

Mia.az



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR