AXC-nin 100 illiyi, Paşinyanın Qarabağla bağlı fikiri, Qüds... - BQP Siyasi Qurulu toplandı

img

14-05-2018 [18:33]


Bu gün Böyük Quruluş Partiyası Siyasi Qurulunun növbəti iclası keçirilib. 

Partiyadan Mia.az-a verilən məlumata görə, BQP başqanı, Millət vəkili Fazil Mustafanın sədliyi ilə keçirilən iclasda ictimai-siyasi vəziyyət, qərarların icra vəziyyəti, AXC-nin 100 illiyi ilə bağlı tədbirlər planının təsdiqi və digər məsələlər müzakirə edilib. 

"İctimai-siyasi vəziyyət” mövzusunda Siyasi Qurul üzvləri qarşısında geniş məruzə ilə çıxış edən partiya başqanı ölkə və dünya gündəmində yer alan mühüm ictimai-siyasi hadisələrin təhlilini aparıb, partiya strukturları qarşısında duran vəzifələrdən danışıb. 

Qərarların icra vəziyyəti barədə təqdim edilən hesabat qənaətbəxş hesab edilib. 

İclasda Ermənistanın yeni baş naziri Nikol Paşinyanın münaqişənin tənzimlənməsi üçün aparılacaq müzakirələrdə qondarma "Dağlıq Qarabağ respublikasından” separatçıların iştirak etməsini şərt kimi irəli sürməsinə kəskin etiraz edilib və işğal edilən ərazilərdən erməni silahlı birləşmələrinin qeyd-şərtsiz çıxarılmasına dair ölkəmizin rəsmi mövqeyinə tam dəstək ifadə olunub. 

Siyasi Qurul ABŞ-ın İsraildəki səfriliyinin Tel-Əvivdən Qərbi Qüdsə köçürməsini İsrail-Fələstin münaqişəsinin həllinə və ümumiyyətlə, Yaxın Şərqdə sülhün bərqərar edilməsinə xidmət etməyəcək, zərərli addım kimi qiymətləndirib: "Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ABŞ-ın bir tərəfə dəstək verməsi açıq-aşkar tərfəsizliyini itirməsidir”. 

 İclas  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı İşçi Qrupu tərəfindən hazırlanan Böyük Quruluş Partiyasının tədbirlər planını müzakirə edib və bəzi əlavələr edilməklə plan təsdiq edilib.

Cari məsələlərin müzakirəsi ilə iclas işini davam etdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR