Prezidentin qızları və məşhurlar marafonda - Fotolar

img

13-05-2018 [14:39]


Xəbər verdiyimiz kimi, bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu-2018” keçirilib.

18 minə marafonçunun qatıldığı yarışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin siyasətçilər, mədəniyyət və incəsənət nümayəndələri də iştirak ediblər.

Onların arasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, "Həyat Fondu”nun rəhbəri Nuran Hüseynov və tanınmış müğənnilər yer alıb.

Qeyd edək ki, kişilərdə finişə ilk çatan ukraynalı İqor Oletirenko olub. İkinci yeri iranlı Məhəmməd Cəfər Muradi, üçüncü yeri isə türkiyəli Ömər Alkanoğlu tutub.

Qadınlar kateqoriyası üzrə isə türkiyəli Çelik Fadime finişə hamıdan birinci çatıb. İkinci yerin sahibi ukraynalı Valentina Poltavtikadır. İlk üçlüyü Rusiyadan olan Anastasiya Petrova tamamlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR