Federasiyadan Arda Turana ağır cəza - 16 oyun meydana çıxa bilməyəcək

img

10-05-2018 [18:59]


 Türkiyə Futbol Federasiyası "Başakşehir"in futbolçusu Arda Turana ağır cəza verib. 

"Report"un Federasiyanın saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı futbolçu 16 oyunluq cəzaya məruz qalıb.

Buna səbəb yarımmüdafiəçinin Türkiyə Superliqasının XXXII turunda doğma meydanda "Sivasspor"la oyunda yan xətt hakiminə hücum edərək onu itələməsi olub. Arda Turan həmçinin 19 min TL məbləğində cərimə olunub.

Qeyd edək ki, "Başakşehir" - Sivasspor" oyunu 1:1 hesabı ilə başa çatıb.  

Digər xəbərlər
SON XƏBƏRLƏR