Səlim Müslümovun qaynı, bacısının əri, kürəkənləri... - Növbədə daha kimlər var?

img

10-05-2018 [21:27]


Xəbər verdiyimiz kimi, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 8-də nazirlikdə ilk kadr dəyişikliyini həyata keçirib.

Bu barədə ilk məlumatı da Mia.az saytı yayıb.

Bildirilib ki, nazirin əmri ilə  aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev artıq işdən çıxarılıblar: 

"Vəzifədən çıxarılan mətbuat katibi Elman Babayevin vəzifəsi müvəqqəti olaraq şöbənin sektor müdiri Pərviz Cəfərova, digər vəzifədən çxıarılanların səlahiyyətləri isə müavinlərinə həvalə olunub”.

Mia.az-ın əldə etdiyi məlumata görə, yaxın günlərdə nazirlikdə növbəti dəyişikliklər olacaq: "Bu dəyişikliklər zamanı isə nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərova, Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun sədri, 4 ildir hər il yenilən müqavilə ilə vəzifəsi uzadılan 67 yaşlı Zakir Babayev, həmin fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev (Keçmiş aparat rəhbəri Əjdər Cəbiyevin qardaşı), həmçinin nazirliyin Nəsimi şöbəsinin rəhbəri Əsgər Əsgərov (Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin işdən çıxarılması gözlənilir”.

Məlumata görə, Səlim Müslümov və digər vəzifəli şəxslərin bu nazirlikdə qohum-əqrabası, dost-tanışları çoxdur  və onların qısa zamanda vəzifələrən kənarlaşdırılması gündəmdədir.

Məlumata görə, yeni nazir Sahil Babayev hələlik işdən çıxarılanların yerinə təyinat aparmayıb. 

Güman olunur ki, çox yaxın günlərdə bu istiqamətdə də addımlar atılacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR