"Fransa Suriyada hərbi iştirakını genişləndirəcək" - Makrondan mesaj

img

26-04-2018 [09:04]


 Fransa Suriyada və beynəlxalq koalisiyada hərbi iştirakını genişləndirəcək.

Bunu Vaşinqtonda keçirilən mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron deyib.

"Biz iştirakımızı davam etdirəcəyik, beynəlxalq koalisiyanın yeni çərçivələrində iştirakımızı genişləndirəcəyik", - deyə o, bildirib.

Makron həmçinin Parisin ABŞ-ın Suriyanın şimalında, xüsusilə Fərat çayının şərqində olmasını dəstəklədiyini qeyd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR