“Real Madrid” “Bavariya”nı səfərdə belə məğlub etdi - VİDEO

img

26-04-2018 [00:55]


Çempionlar Liqasında yarımfinal mərhələsində  Almaniyada "Bavariya” klubu İspaniya "Real Madrid”ini qəbul edib.

Münhendəki "Alyans Arena”da təşkil olunmuş qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

Hərçənd, hesabı 28-ci dəqiqədə "Bavariya”nın futbolçusu Coşua Kimmix açıb. Lakin 8-ci dəqiqədə Aryen Robben, 34-cü dəqiqədə isə Jerom Boatenqin zədələnərək, əvəzlənmələri almaniyalıların oyununa təsirsiz ötüşməyib. Nəticədə "Real Madrid” 44-cü dəqiqədə Marselo, 57-ci dəqiqədə isə Marko Asensionun qolları ilə əzmkar qələbəyə nail olub.

Cavab matçı mayın 1-də Madriddəki "Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk yarımfinal görüşündə "Liverpul” İngiltərədə İtaliya "Roma”sını darmadağın edib – 5:2. Bu komandalar arasındakı cavab oyunu isə mayın 2-də "Olimpiko” stadionunda olacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR