Sarkisyan Putinlə danışdı, Nalbandyan Moskvaya yola düşdü - Moskva İrəvandakı gündəmə aldı

img

25-04-2018 [22:28]


Rusiyanın dövlət başçısı Vladimir Putinlə Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

"Ermənistandakı mövcud vəziyyət müzakirə olundu. Vladimir Putin və Armen Sarkisyan daxili böhranı ən qısa zamanda aradan qaldırmaq üçün bu ölkədəki bütün siyasi qüvvələrin dözümlülük və məsuliyyət nümayiş etdirməsini, konstruktiv dialoq yolu ilə mövcud problemləri həll etməyə hazır olmalarının vacibliyini vurğulayıblar", - məlumatda qeyd olunub. 

Bunun ardınca Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Moskvaya yola düşüb.

Bu barədə siyasi dairələrdəki mənbəyə istinadən "İnterfax" məlumat yayıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR