KTN-nin yeni mətbuat katibi: "Sizinlə həmişəkindən də sıx əməkdaşlıq edəcəyik"

img

25-04-2018 [20:41]


"Əziz dostlar və həmkarlar! Azərbaycan brendi - "ASAN xidmət”də çalışdığım 5 il ərzində çox uğurlu və maraqlı layihələrə imza atdıq. ASAN kollektivi ilə işləmək çox xoş idi və bundan sonrakı fəaliyyətində ASANın fiziki olmasa da, həmişə yanındayam, yeni uğurlarına isə daima bir ASANçı kimi sevinə bilərəm".

Mia.az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin (KTN)  yeni mətbuat katibi Anar Hüseynov deyib.

O, daha sonra bildirib ki, işini uğurlu edən bir məqam hər zaman mətbuatda çalışan dostlarının ona dəstəyi və köməyidir: 

"Bugünki təbriklərə və diqqətinizə görə çox sağ olun! Hər birinizə dərin təşəkkürümü bildirirəm! Bundan sonra Kənd Təssərüfatı Nazirliyində fəaliyyətimi davam etdirəcəm. Bu məsul işimdə Sizinlə həmişəkindən də sıx əməkdaşlıq edəcəyik".

Qeyd edək ki, Anar Hüseynov bu təyinata qədər  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri işləyib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR