Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

img

25-04-2018 [17:25]


Kənd Təsərrüfatı naziri İnam Kərimov daha 4 təyinat həyata keçirib.

Mia.az teleqraf.com-a istinadla xəbər verir ki, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Adil Qasımov, ASAN Xidmətin İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.

Qeyd edək ki, bundan öncə Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov təyin edilmişdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR