Sumqayıtlı karateçi dünya ikincisi oldu - Fotolar

img

25-04-2018 [15:50]


Bu həftə (20-22 aprel 2018) Türkiyənin İstanbul şəhərində Karate üzrə Dünya Çempionatı keçirildi. 38 ölkənin idmançılarının iştirakı ilə keçirilən bu mötəbər yarışda yeniyetmə yaş qrupu üzrə Sumqayıtdan olan həmyerlimiz Elgün İmanquliyev ikinci yerə – gümüş medala layiq görülüb. 

Qeyd edək ki, Elgün Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbin 8 d sinif şagirdidir və oxuduğu məktəbin idman zalında məşq keçir. Elgünə karatenin incəliklərini Aslan İsmayılov adına klubun vitse-prezidenti, 3-cü dan qara kəmər ustası Qasımov İsa Abdulla oğlu öyrədir. Yetirməsinin uğuru barədə birlik.az saytına sevinclə danışan İsa müəllim bildirdi ki, klublarında Elgün kimi istedadlı yeniyetmələr çox olduğundan gələcəkdə daha parlaq uğurlarının hələ çox olacağına ümidlidir.




Digər xəbərlər
SON XƏBƏRLƏR