25-04-2018 [12:20]
"Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi yeni layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra ediləcək "Azərbaycan polisinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi” layihəsi 3 ay davam edəcək.
Layihənin əsas məqsədi Azərbaycan Polisinin yaranmasının 100 illiyi ərəfəsində daxili işlər orqanları əməkdaşlarının torpaqlarımızın müdafiəsində göstərdiyi qəhrəmanlığı təbliğ etmək və yol hərəkəti qaydaları ilə bağlı cəmiyyəti maarifləndirməklə respublikamızda yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına, cəmiyyətdə polisin ictimai nüfuzunun artırılmasına və polisə ictimai dəstək verilməsinə nail olmaqdır.
Təşkilatın rəhbəri Elməddin Muradlı deyir ki, bu il həm də Azərbaycan Polisinin yaranmasının 100 ili tamam olur: "Azərbaycan polisi dövlətin formalaşmasında, milli maraqların qorunmasında, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edib. Layihə çərçivəsində Azərbaycanda yol hərəkəti qaydalarının təbliği, yol qəzalarının əsas səbəbləri, qəzaların qarşısının alınması üçün görülməsi vacib olan tədbirlərlə yanaşı, Azərbaycan polisinin yaranma tarixi, formalaşması, Dağlıq Qarabağ müharibəsində polisin iştirakı ilə bağlı cəmiyyətə məlumat çatdırılacaq. Hazırlanan yazıların Şuranın dəstəyi ilə 2014-cü ildə yaradılan Avtosfer.az saytında yayılmasını təmin etmək nəzərdə tutulur. Bütün bunlar isə cəmiyyətə daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı dolğun məlumat verilməsi ilə yanaşı, həm də yol hərəkəti qaydaları, bu sahədə olan yeniliklərin, yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin dolğun şəkildə əhaliyə çatdırılması baxımından əhəmiyyətlidir. Azərbaycan Polisinin yaranmasının 100 illiyi ərəfəsində cəmiyyətdə Daxili İşlər Nazirliyinin yaradılması, daxili işlər orqanlarının keçdiyi çətin yol, torpaqlarımızın müdafiəsində şəhid olan polis əməkdaşları ilə bağlı maarifləndirmə işlərinin aparılması, cəbhəyanı ərazilərdə işləyən polislərin xidmətinin cəmiyyətə çatdırılması polisin ictimai nüfuzunun artırılmasına töhfə verəcək, ictimai dəstək olacaq”.
E.Muradlının sözlərinə görə, layihə çərçivəsində cəbhə bölgəsinə yaxın Tərtər və Ağdam rayonlarına səfər edilərək yerli daxili işlər orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə məlumatlandırma sessiyası keçiriləcək: "Məlumatlandırma sessiyası zamanı iştirakçılara Azərbaycan polisinin yaranma tarixi, formalaşması, daxili işlər nazirləri, Dağlıq Qarabağ müharibəsində polisin iştirakı, torpaqlarımızın müdafiəsi uğrunda aparılan döyüş əməliyyatlarında şəhid olan, sağlamlığını itirən qəhrəman polislərin həyat yolu ilə bağlı məlumat veriləcək. Həmçinin, iştirakçılar "Yol hərəkəti haqqında" qanun, yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri, yol qəzalarının qarşısının alınması üçün diqqət yetirilməsi vacib olan məsələlərlə bağlı məlumatlandırılacaq. Daha sonra isə cəbhə bölgəsində polisin fəaliyyəti ilə bağlı yazılar hazırlanaraq Avtosfer.az saytında dərc ediləcək. Sonuncu mərhələdə isə Bakı şəhərində Azərbaycan Polisinin yaranmasının 100 illiyinə həsr olunan dəyirmi masa təşkil olunacaq. Daxili İşlər Nazirliyi, Milli Məclisin, aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı tədbirdə daxili işlər orqanlarının fəaliyyəti, uğurlar, problemlər və prespektivlər müzakirə olunacaq”.
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb