Azərbaycana gəliş-gedişlə bağlı qaydalara dəyişiklik: cərimələr endirilir - Keçmiş rəisin oyunlarına son verilir

img

25-04-2018 [11:41]


Vətəndaşlığı olanların, olmayanların və ya əcnəbilərin Azərbaycana gəlməsi, yaxud ölkədən getməsi ilə bağlı qaydaların pozulmasına görə yeni cəzalar müəyyənləşir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 517-2.9 maddəsinin əlavə edilməsi təklif olunub.

Yeni maddəyə görə, yuxarıda sadalananlarla bağlı qaydaları pozanlar 150 manatdan 300 manata qədər cərimələnəcəklər.

Layihə Milli Məclisin mayın 1-i və 4-ü keçiriləcək ardıcıl iclaslarının birində müzakirəyə çıxarılacaq./APA

Mia.az bildirir ki, əvvəllər bu cərimə məbləği 301 manatdan 401 manatadək idi. Firudun Nəbiyevin Miqrasiya Xidmətinə topladığı yaxın qohum və dostlarının əzizləri isə Azərbaycana kefə gələn, bura vətəndaşı ilə ailə quran, hətta xəstəxanada əməliyyat olunduğu üçün qanunla nəzərdə tutulan çıxış tarixini ötürənlərə ən yüksək cərimə məbləğini - 401 manatı tətbiq edirdilər. 

İndiki yenilik isə göstərir ki, həm bu cərimə məbləğı azaldılacaq, həm də bu sahədəki neqativliklər ortadan qaldırılacaq. Eyni zamanda, Azərbaycan vətəndaşları ilə uzun illərdir ailə quran və rəsmi nigahları olan qarışıq ailələrlə bağlı da prosedur sadələşdiriləcək.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR