Bakıda bəzi məktəblərdə yaz tətilinin vaxtı dəyişdi - Səbəb

img

25-04-2018 [10:47]


"Formula 1 Azərbaycan Qran Pri yarışı” ilə əlaqədar Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, "Formula 1 Azərbaycan Qran Pri yarışı” ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb: "Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may 2018-ci il tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb".

Digər xəbərlər
SON XƏBƏRLƏR