"Liverpul"la "Roma"nın oyununda 7 qol vuruldu - Çempionlar Liqası + VİDEO

img

25-04-2018 [08:43]


Çempionlar Liqasının yarımfinal mərhələsində ötən gecə  "Liverpul" doğma azarkeşlər önündə "Roma"nı qəbul edib. 

Mia.az xəbər verir ki, oyuna daha istəkli başlayan ingilis klubu 35 və 45-ci dəqiqədə Məhəmməd Salahın qolları ilə birinci hissəni 2-0 hesabı ilə qapadıb.

İkinci hissədə də üstün oynayan "Liverpul" 56-da Manenin, 61 və 69-cu dəqiqələrdə isə Firmino qolları ilə hesabı 5-0-a çatdırıb. Yalnız bundan sonra toparlanan "Roma" 81-ci dəqiqədə bu qollardan 1-nin əvəzini çıxır. 85-ci dəqiqədə isə Perrotti penaltini dəqiq yerinə yetirməklə, fərqi 3-ə endirib. 

Beləliklə, oyun 5-2 hesabı ilə bitib.

Qeyd edək ki, "Roma" "Barselona"nı 3-0 hesabı ilə udaraq, yarımfinala çıxıb. Əgər evində bu hesabı təkrarlaya bilərsə, o zaman finala çıxa bilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR